03:24 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236

Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”

RADİO
Qısa URL
195

Ekspert: “Milyon yarım tələbəsi olan ölkədə bu qədər qiymətləndirmənin olması anormaldır”

Şahlar Əsgərov: “Təhsil vahid mərkəzdən idarə olunmalıdır”
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə ekspert Şahlar Əsgərov deyir ki, Azərbaycanda bilik qiymətləndirilməsinin fəlsəfəsi işlənilməyib: “Burada böyük bir biliksizlik hökm sürür. Azərbaycanda 5, 10, 100, 700 ballı qiymətləndirmə var və neçə il də 9 ballı qiymətləndirmə olub. Mən təqribən milyon yarım tələbəsi olan ölkədə bu qədər qiymətləndirmənin olmasını anormal sayıram. Bu, çox böyük mənfi nəticələr gətirir”.

“Təhsil mürəkkəb sistemdir və respublika əhalisinin böyük bir hissəsini əhatə edir. Mürəkkəb sistemləri öyrənmək çətindir, lakin onların hissələri bir daha mürəkkəbləşdiriləndə, bu, daha çox çətinləşir. Bizdə son illərdə təhsili gündən günə mürəkkəbləşdirirlər. Təhsil mürəkkəbləşəndə isə problemin həlli daha da çətinləşir. Problemlərin həll olunması üçün mürəkkəb sistem sadələşdirilməlidir, təhsil isə vahid mərkəzdən idarə olunmalıdır” — deyə o bildirib.

Əsas mövzular