21:50 19 Noyabr 2017
Canlı yayım
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
© Sputnik / Murad Orujov

Azər Allahverənov: Azərbaycandan xaricə gedən turistlərin sayı azalıb

RADİO
Qısa URL
6101

Ekspert: Ölkələr üzrə müəyyən azalmalar olub

BAKI, 7 yan — Sputnik. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, azərbaycanlılar Yeni İli bayramını keçirmək üçün daha çox Gürcüstan, Rusiya, Türkiyə və Çexiyaya üz tutublar: “Turistlərin müəyyən bir hissəsi isə Almaniyaya gedib. Mən belə qənaətə gəlirəm ki, burada ölkələr üzrə müəyyən azalmalar olub. 2015-ci ildə Türkiyəyə daha çox insan gedirdi. Terror və digər hadisələr səbəbindən indi oraya gedənlərin sayı azalıb”.

“Avropa İttifaqı ölkələrinə də nisbətən az insanın getdiyi müşahidə olunur. Buna isə valyuta məzənnəsi təsir göstərib. Gürcüstana gedən turistlərin sayında isə artım müşahidə olunub. Gürcüstana Yeni İl bayramını qeyd etmək üçün gedənlərin sayı hər il artır. Bu, Gürcüstanın Azərbaycana daha yaxın olması və qiymətlərin nisbətən ucuz olması ilə bağlıdır”, — deyə o bildirib.

Əsas mövzular