20:25 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Eyyub Hüseynov: Dərmanların 70 faizi saxta olur, mobil telefonlar nöqsanlı çıxır

RADİO
Qısa URL
4101

Ekspert: Yaxşı olar ki, onlayn sifariş zamanı həmin şirkətin Azərbaycanda yerli nümayəndəliyi olsun, əks halda heç kim onlayn nəsə almasın

Eyyub Hüseynov: Poçtla gələn, internet vasitəsilə sifariş verilən malların böyük əksəriyyətində problemlər yaranır.
İstehlakçı sifariş verdiyi, amma səhv çatdırılan, yaxud keyfiyyətsiz olduğu ortaya çıxan malı geri qaytarmaq istəyən zaman əngəllə üzləşir. Belə ki, çatdırma şirkəti onlarda "geri qaytarma" anlayışının olmadığını bildirir. Problemi Sputnik-ə şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların tələbatını ödəməyən məhsulların dəyişdirilməsi və qaytarılmasının mümkün olmaması məsələsi ildən-ilə ölkədə mürəkkəb problemə çevrilir: "Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi istehlakçı hüquqlarını qoruyan dövlət orqanı olaraq maarifləndirmə işləri aparır, əhaliyə maarifləndirmə mesajları göndərir, amma bu da heç bir nəticə vermir".

"Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin əksəriyyəti də, məhz onlayn ticarətlə bağlıdır. Xüsusilə, dərmanların 70 faizi saxta olur, mobil telefonlar nöqsanlı çıxır. Poçtla gələn, internet vasitəsilə sifariş verilən malların böyük əksəriyyətində problemlər yaranır. Yaxşı olar ki, onlayn sifariş zamanı həmin şirkətin Azərbaycanda yerli nümayəndəliyi olsun, əks halda heç kim onlayn nəsə almasın", — ekspert deyib.

Əsas mövzular