Dünya bazarında qaz qıtlığı problemi yoxdu

© Sputnik / Igor Zarembo / Mediabanka keçidNew gas storage in Kaliningrad Region
New gas storage in Kaliningrad Region - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumunun yekunlarını şərh edirlər

Noyabrın 26-sı “Rossiya Sevodnya” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumunun yekunlarına dair mətbuat konfransı keçirilib. 

Konfransda çıxış edən ploitoloq İlqar Vəlizadə  qaz hasil edən ölkələrin dünya qaz bazarına təsirindən danışıb:  “Təsirlər qısa müddətli təsirlər deyil uzun müddətli təsirlərdir. Çünki belə  samitlər tez-tez keçirilmir. Bunların arasında məsafə kifayət qədər böyükdür. Ona görə biz düşünə bilərik ki, bu əldə olunmuş nəticələr  yaxın prespektivə yox, bir az uzaq prespektivə hesablanıb. Burada biz uzaq prespektivi şərti olaraq deyə bilərik. Çünki uzaq prespektivdən danışanda biz dünya bazarındakı vəziyyəti və dəyişən neft qiymətlərini də nəzərə almalıyıq”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Qaz İxrac edən Ölkələrin Forumu 14 ildi fəaliyyət göstərməsinə baxmayaraq hələ də qaz bazarına təsir edən bir təşkilkat kimi formalaşmayıb. Ekspert qeyd edib ki, on ildən sonrada bu təşkilatın qaz bazarında nəsə etmək qüdrətində olacağını söyləmək çox çətindir:

“Oradakı ölkələrin böyük bir xüsusi çəkisi yoxdur. Əgər siz onların siyahısına baxsaz, orada elə ölkələr var ki, onlar ixracatçı deyil. Onların qaz ehtiyyatları var, lakin onlar netto-importyordular. Misal üçün Qazaxıstanı götürək. O, netto 5 milyard qaz idxal edir. İkinci bir şey – orada elə ölkələr var ki, hətta 10 ildən sonra belə qaz importyoru olacaq. Misal üçün, Birləşmiş Ərəb Əmirlikləri. O, planlar qurur ki, hansı ölkədən qaz idxal etsin, amma onun neftlə bərabər çoxlu qazı var. Amma bu o demək deyil ki, o, indi gəlib siyahıya düşüb.

İqtisadçı ekspert Fuad Əlizadə isə artıq neft dövrünün geridə qaldığını bildirib, o yeni dövrdə qazın ən vacib enerji mənbəyinə çevriləcəyini deyib. Ekspert bildirib ki, bu dövrdə tək qaz ehtiyyatının olması kifayət deyil, həm də bunu dünya bazarına çıxarmaq üçün infrastruktur lazımdır. Fuad Əlizadə qeyd edib ki, bu baxımdan region ölkələri Azərbaycanın infrasturkurundan yararlana bilərlər. Ekspert  bildirib ki, İran və Türkmənistan TANAP və TAP lahiyələrinə qoşularaq Azərbaycan ərazisi vasitəsi ilə öz qazını dünya bazarına çıxara bilər.

Ekspert İlham Şaban neft bazarında tələbin təklifi üstələdiyi kimi, qaz bazarında da hasilatın artdığını vurğulayıb:

“Qaz hasilatının artması amili əsasən Amerika və Afrika bazarı ilə bağlıdır. Ən maraqlı faktda odur ki, 2005-ci ildən 2014-cü ilə qədər dünyada təqribən 8 çox böyük qaz yatağı aşkarlanıb. Yaxın 10 ildə onlar bazara təklif ediləcək. Bazarda qaz qıtlığı ilə bağlı deyilən sözlər mifdən başqa bir şey deyil. İkinci bir tərəfdən Aralıq dənizindən də  qaz yatağı tapılıb. Təssəvür edin ki, bizim Şahdəniz yatağından da böyük bir yataqdır. Bu bazara kifayət qədər təsir edəcək bir amildir. Başqa bir məsələ, Şahdəniz qazı qapalı bir hövzədə, geoloji baxımdan çox mürəkkəb bir şəraitdə hasil edilib çıxarılan qazdır. Ancaq, bu qaz ondan kifayət qədər üstünlüklərə malikdir, həm bazara çıxarılma baxımından, həm də geoloji baxımdan daha asan şəraitdədir.

Qeyd edək ki, noyabrın 23- də Tehranda Qaz İxrac edən Ölkələrin növbəti forumu keçirilib.

Xəbər lenti
0