CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni təhdidlər fonunda Xəzər təhlükəsizliyi

© Sputnik / Murad OrujovBuzovnada xüsusi rejim zamanı vəziyyət
Buzovnada xüsusi rejim zamanı vəziyyət  - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Xəzər beşliyi dövlətlərinin iqtisadi qarşılıqlı əlaqəsi ilə bağlı layihələrin reallaşdırılmasının vacib şərti siyasət və təhlükəsizlik sahəsində davamlı dialoqun təmin edilməsidir.

BAKI, 1 iyul — Sputnik. Avqustun 10-dan 12-nə kimi Moskvada II Xəzər İqtisadi Forumu (XİF) keçiriləcək. Forumun keçirilməsi Xəzəryanı dövlətlərin hökumətləri arasında 12 avqust 2018-ci il tarixində Beşinci Xəzər Sammiti zamanı imzalanmış ticarət və iqtisadi əməkdaşlıq haqqında razılaşmada nəzərdə tutulmuşdu. Sənədin 5-ci maddəsinə uyğun olaraq, XİF bölgə dövlətləri arasında ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədi ilə həyata keçirilir. Xəzər beşliyi dövlətlərinin iqtisadi qarşılıqlı əlaqəsi ilə bağlı layihələrin reallaşdırılmasının vacib şərti siyasət və təhlükəsizlik sahəsində davamlı dialoqun təmin edilməsidir. Təsadüfi deyil ki, siyasətçilərin və mütəxəssislərin ümumi rəyinə görə, Xəzər dənizi artıq çoxdan əməkdaşlıq və inkişaf dənizi kimi tanınıb. Bu gün Xəzərin siyasi gündəmi bölgədə yeni geosiyasi landşaftın yaradılmasına töhfə verərək fəal şəkildə inkişaf etdirilir.

Bunun iqtisadi əməkdaşlığa və bölgədə yeni geosiyasi landşaftın yaradılmasına necə təsir göstərəcəyi barədə iyulun 2-si, saat 12:00-da Şimal-Cənub Politologiya Mərkəzi tərəfindən Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi ilə birgə təşkil olunmuş dəyirmi masada Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının beynəlxalq münasibətlər kafedrasının rəhbəri Namiq Əliyev, Rusiya Elmlər Akademiyasının Milli İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin Baş elmi işçisi Stanislav Pritçin, politoloq, beynəlxalq jurnalist, "Avrasiya Dünyası" ictimai fondunun prezidenti Eduard Poletayev, Trend Xəbər Agentliyinin baş direktorunun müavini, "BakuNetwork" Analitik Mərkəzinin rəhbəri Gülnara Məmmədzadə (aparıcı) danışacaqlar.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi.

Xəbər lenti
0