15:16 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
Mətbuat mərkəzi
Qısa URL
8 0 0

Jurnalistlər üçün maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinar məqalələrdə ən çox yol verilən qrammatik və üslub səhvlərinə həsr olunub.

BAKI, 12 mart — Sputnik. Jurnalistin mətndə səhvə yol verməsi onun mövzudan bixəbər olduğu haqqında təsəvvür yaradır. Bu isə istər-istəməz hazırlanan məqalənin üstünə kölgə salır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.

Martın 12-də, cümə günü keçirilən onlayn-sessiya "Ən geniş yayılmış qrammatik və üslub səhvlərindən necə yayınmalı" mövzusuna həsr olunub.

Vebinarın spikeri "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin dövlət layihələri bölməsinin şöbə müdiri Yelena İsaykina olub.

© Photo : Aleksandr Naumov
"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin dövlət layihələri bölməsinin şöbə müdiri Yelena İsaykina

Yelena hələ orta məktəb illərindən yerli qəzetdə ştatdankənar müxbir kimi çalışıb. Əmək fəaliyyətinə 1989-cu ildə başlayıb. Etiraf edir ki, yüksək keyfiyyətli çap (letter quality), ofset metodu və komsomol yığıncaqlarından reportajlar yaxşı yadındadır.

2004-cü ildən "Rossiya seqodnya" media qrupunda (əvvəllər RİA Novosti) çalışır.

Belə hesab edir ki, peşəkar kimi ən güclü cəhəti məqalələrə dəqiq və cəlbedici (çox oxunan) başlıqlar qoyması, oxucuları maraqlandıran məsələləri əvvəlcədən prqonozlaşdıra bilməsi, auditoriyanın tələb etdiyi materialların mövzularını və quruluşunu formalaşdıra bilməsidir.

Yelena vebinarın gedişatında jurnalistlərə səriştəli müəllif kimi öz nüfuzunu qoruyub saxlamağın, tipik səhvlərdən yayınmağın yollarından danışıb, eyni zamanda, məqalə yazarkən mütəxəssisin fikirlərini hər zaman sözbəsöz çatdırmaq lazım gəlib-gəlmədiyi, jurnalistin hansı əcnəbi sözlər olmadan ötüşə bilməyəcəyi barədə məlumat verib.

"Bəzən bir söz, bir hərf, hətta vergül belə yerində işlənməsə, ciddi problemlər yarana bilər", – deyə spiker bildirib, bununla belə, onu da əlavə edib ki, yazı yazarkən səhv etmək normal haldır.

"Sizə iki xəbərim var, biri yaxşıdır, o biri pis. Pis xəbər ondan ibarətdir ki, rus dilində həddən artıq qayda və istisnalar var. Yaxşı xəbər – heç kim bu qaydaların hamısını yadda saxlamır", – deyə İsaykina zarafatla qeyd edib.

Spiker bildirib ki, jurnalist hansısa sözün yazılışını dəqiq bilmirsə, mötəbər mənbələrdən və ya şəxslərdən dəqiqləşdirə bilər. O, həmçinin qeyd edib ki, müasir mətbuat dilində mürəkkəb söz konstruksiyalarına bir o qədər də ehtiyac qalmayıb, bunun əvəzində isə əcnəbi kəlmələr və yeni sözlərin istifadəsi artıb.

"Koronavirus pandemiyası bizim leksikonumuza "sərtləşdirmə", "qapanma" və digər bu kimi yeni sözləri daxil etdi. Əgər bu sözlərin mənası artıq hamıya məlumdursa, hər dəfə uzun-uzadı açıqlama verməyə ehtiyac yoxdur", – deyə o bildirib.

Arqo və jarqonlar məsələsinə də toxunan Yelena İsaykina qeyd edib ki, bu cür sözlərin məqalədə istifadəsi yalnız vasitəsiz nitqdə yolveriləndir.

SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif məsələlərlə bağlı ünsiyyət qurur.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

Əsas mövzular