03:32 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
2800

Onlayn-sessiyanın spikeri qismində beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biri çıxış edəcək

BAKI, 24 iyun — Sputnik. Koronavirus pandemiyasından sonra dünya necə olacaq? Bu sual, şübhəsiz ki, hamını maraqlandırır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçiriləcək növbəti - sayca on birinci vebinar bu suala cavab verməyə çalışacaq.

Vebinarın spikeri qismində Rusiyanın beynəlxalq münasibətlər və xarici siyasət sahəsində ən tanınmış ekspertlərindən biri, “Rossiya v qlobalnoy politike” (“Rusiya qlobal siyasətdə”) jurnalının baş redaktoru, “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov çıxış edəcək.

Fyodor Lukyanov 1990-cı ildən 2002-ci ilədək beynəlxalq jurnalist kimi çalışıb. Müxtəlif qəzet, radio və televiziyalarla əməkdaşlıq edib. 2002-ci ildən “Rossiya v qlobalnoy politike” jurnalının baş redaktorudur. 2011-ci ildə beynəlxalq jurnalistikaya verdiyi töhfəyə görə, Rusiya hökumətinin mükafatının laureatı olub. 2012–ci ildə Rusiyanın ən qədim QHT-lərindən biri olan Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin sədri seçilib. 2015-ci ildən “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun elmi işlər üzrə direktorudur.

Bu gün Lukyanov “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsində professor-tədqiqatçı kimi çalışır. O, beynəlxalq münasibətlər və xarici siyasət sahəsində Rusiyanın ən tanınmış ekspertlərindən biridir, Rusiya və xarici KİV-də çoxsaylı məqalələrin müəllifidir.

"Dünya pandemiyadan sonra: tamaşaçı nəyi bilmək istəyir" mövzusunda vebinar 26 iyun, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Əlaqədar

Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
"Titanik" kimi batmaq, yoxsa... Ən oxunaqlı sayta çevrilmənin yolları
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib

Əsas mövzular