09:56 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
2410

SputnikPro vebinarının spikeri jurnalistlərə qəhrəmanları necə axtarmaq, qapalı ərazilərə necə daxil olmaq və işlə bağlı digər sirləri necə aşkar etməyin yollarını öyrədəcək.

BAKI, 2 iyun — Sputnik. Materiallar üçün həqiqətən maraqlı qəhrəmanı necə tapmalı? Qapalı ərazinin çəkilişini necə aparmaq olar? SputnikPro maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarın spikeri bu və bir çox digər məsələlər barədə danışacaq.

Sayca doqquzuncu olacaq onlayn sessiyanın mövzusu "İnfoprodüserlik təcrübəsi: qəhrəmanların axtarışı, qapalı əraziyə daxil olma və peşənin digər sirləri" adlanır. Vebinarın spikeri Rusiya Federal telekanalının prodüseri Yelena Vorontsova olacaq.

© Photo : Courtesy of Elena Vorontsova
Rusiya Federal telekanalının prodüseri Yelena Vorontsova

Yelena 15 ildən çoxdur ki, infoprodüserliklə məşğul olur. Bu müddət ərzində o, müxtəlif tok-şouların yaradılmasında, sənədli filmlərin çəkilişində iştirak edib, Federal telekanalın xəbər xidmətində çalışıb. Yelena Vorontsova həmçinin 1-ci kanalın "Pust qovoryat” (Qoy danışsınlar),  Rossiya 1 telekanalının “Vesti” proqramları, NTV kanalı ilə əməkdaşlıq edib. O, həmçinin “Qlavnıy qeroy” ("Baş qəhrəman") proqramı, Viktor Çernomırdin haqqında "Stepanıç" sənədli filmi, "Sən supersən!" Beynəlxalq uşaq vokal müsabiqəsi kimi proqramların yaradılmasında iştirak edib. 

"İnfoprodüserlik təcrübəsi: qəhrəmanların axtarışı, qapalı əraziyə daxil olma və peşənin digər sirləri" mövzusunda vebinar iyunun 5-də saat 14:00-da olacaq.

Onlayn sessiyada iştirak etmək istəyən telekanalların, internet televiziyalarının əməkdaşları Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Əlaqədar

Jurnalist universal olmalıdır
"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
Qələbə hekayələrini yaşamaq lazımdır: SputnikPro-nun daha bir vebinarı keçirildi
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir

Əsas mövzular