CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqlim dəyişiklikləri və onların Azərbaycanın kənd təsərrüfatına təsiri

© AFP 2023 / TOBIAS SCHWARZЗасохшее поле возле города Либенвальде, восточная Германия
Засохшее поле возле города Либенвальде, восточная Германия - Sputnik Azərbaycan
Abunə olmaq
Qlobal orta temperaturun artması nəticəsində yaranan geniş təbii dəyişikliklər nəticəsində alp zonalarından başqa bütün növ torpaqlarda məhsuldarlığın azalması müşahidə ediləcək

Qlobal orta temperaturun artması nəticəsində yaranan geniş təbii dəyişikliklər Azərbaycandan da yan keçməyib. Bu, xüsusilə özünü ölkənin kənd təsərrüfatında aydın şəkildə göstərir. Alimlərin fikrincə, bu dəyişikliklər nəticəsində alp zonalarından başqa bütün növ torpaqlarda məhsuldarlığın azalması müşahidə ediləcək.

Bununla yanaşı, torpaqda kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xüsusiyyətləri pisləşəcək, bitki örtüyü azalacaq. Azərbaycanın Kür-Araz ovalığında duz bataqlıqlarının ərazisi 10-15 faiz genişlənəcək və bu zonada yağıntının olmadığı günlərin sayı 50-60 və daha çox olacaq. Bu isə həmin torpaqların suvarılmasına ehtiyacın artacağı deməkdir.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində yanvarın 30-u saat 11:00-da keçiriləcək mətbuat konfransında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdirləri Cavanşir Talai, Nicat Nəsirli, həmçinin mərkəzin böyük mütəxəssisi Yaqub Quliyev qeyd etdiyimiz məsələlərə aydınlıq gətirəcək və Azərbaycanda əsas kənd təsərrüfatı bitkilərinin gözlənilən məhsuldarlığından danışacaqdır.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0