16:23 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Потрескавшаяся засохшая земля

Regionumuz təhlükə altında: Böyük Qafqaz və Mərkəzi Asiyanın iqlimini nə gözləyir

© AFP 2019 / ORLANDO SIERRA
Mətbuat mərkəzi
Qısa URL
164 0 0

Orta illik temperaturun artması buzlaqların əriməsi, Xəzər dənizində, Aral və Balxaş göllərində suyun səviyyəsinin tənzimlənməsi prosesinə neqativ təsir göstərir

BAKI, 13 may — Sputnik. Hər il mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir. 

İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.

Müasir elm Yer kürəsinin temperaturunda daha çox artım olacağı halda faciəli iqlim dəyişikliyinin nə qədər tez bir zamanda baş verəcəyi sualına cavab tapa bilmir. Ancaq ekoloq və meteoroloqların fikrincə, bu dəyişikliyi bəşəriyyətin gücü ilə təxirə salmaq lazımdır.

Yer kürəsinin iqliminin stabil saxlanılması planetin hər bir sakinindən asılıdır. Avtomobildən çox istifadə etməməklə, mənzillərdə işıqlandırma məqsədilə enerjiyə qənaət edən mənbələrdən istifadə ilə, ağac əkinlərinə və yaşıllıqların müdafiəsi aksiyalarına qoşulmaqla iqlimin qorunmasında pay sahibi olmaq olar. Hər kəsə kiçik görünən bu əməllər əslində Yer kürəsi üçün böyük mənanı ifadə edir.

Böyük Qafqaz və Mərkəzi Asiyanın iqlimi orta səviyyəli nəmişliyə malik Avropa ilə quru Asiya regionları arasında, mülayim və subtropik zonaların sərhədlərində yerləşməsi səbəbindən qlobal inkişafa həssasdır.

Orta illik temperaturun artması buzlaqların (Zopxit, Çalaati (Gürcüstan) əriməsi, Xəzər dənizində, Aral və Balxaş göllərində suyun səviyyəsinin tənzimlənməsi prosesinə neqativ təsir göstərir. Son illərdə qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq, dağlardakı bitkilərin yerdəyişməsi ekoloqların diqqətini cəlb edib.

Odur ki, yaxın zamanlarda Böyük Qafqaz və Mərkəzi Asiya regionlarında təbiətdə hansı dəyişikliklərin baş verəcəyi ilə bağlı 15 may saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Muıtimedia Mətbuat Mərkəzində videokörpü yaradılacaq. İştirak edəcəklər:

Bakıda: 

- Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov;

Tbilisidə:

- Gürcüstanın sabiq Ətraf Mühitin Müdafiəsi naziri, "Yaşıl Gürcüstan - Yerin dostları" təşkilatının sədri Nino Çxobadze;

Nur-Sultanda:

- "Astana" Beynəlxalq Elm Kompleksinin baş elmi əməkdaşı, Qazaxıstanda BMT-nin İnkişaf Proqramının eksperti Saken Bayşolanov;

- "Qazhidromet" Respublika Dövlət Müəssisəsinin Hesablama Mərkəzinin aparıcı mühəndisi, Qazaxıstanda BMT-nin İnkişaf Proqramının eksperti Asel Namazbayeva.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Əlaqədar

Həyacan təbili: iqlim cəhənnəmi yaxınlaşır
ABŞ-ın qərarı planetin iqliminə belə təsir edəcək
Zeynalov: “Havaların belə keçməsi iqlimin kəskin dəyişməsi ilə əlaqəlidir”
Baş verən zəlzələ dünyanın iqlimini dəyişə bilər
Teqlər:
problem, buzlaq, region, iqlim

Əsas mövzular