19:12 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
Separatçı referendumlar dalğası (38)
53 0 0

"Cənubi Qafqaz" politoloqlar klubunun 54-cü iclasında bu problem müzakirə olunacaq

BAKI, 5 oktyabr — Sputnik. Əksər müşahidəçilərin fikrincə, Kataloniya və Şimali İraqdakı referendumlar destruktiv nəticələr doğuracaq və beynəlxalq vəziyyətə mənfi təsir göstərəcək. Son iki həftənin əsas müzakirə mövzusu 25 sentyabrda (Şimali İraq) və 1 oktyabrda (Kataloniya) keçirilən referendumlar olub. Bunlar Avropa və Yaxın Şərqdəki siyasi proseslərə öz təsini göstərməkdədir.

Sözügedən referendumların hansı nəticələri və təhlükələri doğuracağı barədə azərbaycanlı politoloqlar "Cənubi Qafqaz" politoloqlar klubunun 54-cü iclasında öz fikirlərini bölüşəcəklər. İclas 6 oktyabr saat 14:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində olacaq.

Tədbirin iştirakçıları bu politoloqlar olacaq:

— Fikrət Sadıxov

— Elxan Ələskərov

— Elxan Şahinoğlu

— İlqar Vəlizadə (moderator)

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, Ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Mövzu:
Separatçı referendumlar dalğası (38)

Əlaqədar

Vəlizadə: “Son keçirilən referendumlar demokratik meyarlara söykənmir”
Kataloniyada referendumun nəticələri elan edilib
Qanlı referendum: 40-dək insan xəsarət aldı
Kürdlərin referendumu bitdi, ilkin nəticələr açıqlandı
Türkiyə kürdlərin referendumuna qarşı sözdən əmələ keçdi
Teqlər:
Şimali İraq, Kataloniya, referendum

Əsas mövzular