BAKI, 5 oktyabr — Sputnik. Əksər müşahidəçilərin fikrincə, Kataloniya və Şimali İraqdakı referendumlar destruktiv nəticələr doğuracaq və beynəlxalq vəziyyətə mənfi təsir göstərəcək. Son iki həftənin əsas müzakirə mövzusu 25 sentyabrda (Şimali İraq) və 1 oktyabrda (Kataloniya) keçirilən referendumlar olub. Bunlar Avropa və Yaxın Şərqdəki siyasi proseslərə öz təsini göstərməkdədir.
Sözügedən referendumların hansı nəticələri və təhlükələri doğuracağı barədə azərbaycanlı politoloqlar "Cənubi Qafqaz" politoloqlar klubunun 54-cü iclasında öz fikirlərini bölüşəcəklər. İclas 6 oktyabr saat 14:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində olacaq.
Tədbirin iştirakçıları bu politoloqlar olacaq:
— Fikrət Sadıxov
— Elxan Ələskərov
— Elxan Şahinoğlu
— İlqar Vəlizadə (moderator)
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, Ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.