05:43 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
#SəxavətliNovruz xeyriyyə aksiyası

#SəxavətliNovruz “Qocalar evi”ndəki yaşlıları sevindirib

© Sputnik / Murad Orujov
Press-relizlər
Qısa URL
59 0 0

#SəxavətliNovruz Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindəki (Qocalar evi) Azərbaycan vətəndaşlarına yardım üçün təşkil edilib

BAKI, 19 mart, Sputnik Azərbaycan-ın Mətbuat xidməti. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #SəxavətliNovruz xeyriyyə aksiyasının uğurla başa çatdığını elan edir.

Builki layihə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindəki (Qocalar evi) Azərbaycan vətəndaşlarına yardım üçün təşkil edilib.

Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
© Sputnik / Murad Orujov
#SəxavətliNovruz xeyriyyə aksiyası

Layihə çərçivəsində taleyin hökmü ilə Qocalar evinə düşmüş 220-dək yaşlı insan Novruz hədiyyələri alıblar. Hədiyyələr arasında geyimlər, ayaqqabılar, kosmetik məhsullar da olub.

Bununla yanaşı, bir neçə pensiyaçı Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar jurnalisti, Sputnik Azərbaycan radiosunun redaktoru Natiq Məmmədlinin "Körpüdə ümid" kitabını müəllifin imzası ilə hədiyyə alıb.

Nigar Rəhimova və FANCY brendi Qocalar Evinin ehtiyac duyduğu çoxsaylı tibbi preparatları və ləvazımatlarını alıb.

IDEAL Perfumery & Сosmetics mağazalar şəbəkəsi, AzSiğorta sığorta şirkəti və Yelena Çernova Qocalar evinin sakinlərinə kosmetika dəsti hədiyyə ediblər.

"Zəhmət-Ruzi" ASC (SAB brendi) Qocalar Evinə özünün istehsal etdiyi ərzaqları verib.

Bayram stolundakı yeməklər Çanaqqala restoranında hazırlanıb.

Ənənəvi Novruz şirniyyatlarını və səməniləri adının açıqlanmasını istəməyən şəxs göndərib.

Bununla yanaşı, müxtəlif insanlar ərzaq məhsulları alaraq Qocalar Evinin yaşlı sakinlərinə təqdim ediblər.

Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
© Sputnik / Murad Orujov
#SəxavətliNovruz xeyriyyə aksiyası

Aksiya çərçivəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə bayram konserti təşkil edilib. Konsertdə iştirak ediblər:

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) aktyorluq sənəti müəllimi Yaqut Paşayeva;

ADMİU-nun kino və dram aktyorluğu fakültəsinin üçüncü kurs tələbələri (mini-tamaşa, Novruz personajları Kosa və Keçəl);

müğənni Oksana Osmanova (əsasən musiqi proqramı ilə);

Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
© Sputnik / Murad Orujov
#SəxavətliNovruz xeyriyyə aksiyası

Bakı şəhəri, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Əsmər Əlixanova (xalq rəqsləri, solo);

- Ağa Piriyev (kloun Ağuşa);

- Bakının Xətai rayonunun 30 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin məzunu, konsert xorunun solisti Kamilla Salayeva (solo vokal nömrəsi).

"Novruz bayramı ərəfəsində Sputnik Azərbaycan bu bayram günlərində Qocalar Evində olan yaşlı insanları dəstəkləmək üçün irimiqyaslı aksiya keçirib. Öz layihəmizlə biz insanlara tənha olmadıqlarını, aramızda onların vəziyyətini gözəl dərk edən və #SəxavətliNovruz aksiyasına hər cür dəstək verməyə hazır olan şəxslərin olduğunu anlatdıq. Öz adımdan bizə dəstək verən, ev şəraitindən məhrum olmuş insanlara zəruri əşyaları və dərmanları gətirən hər kəsə təşəkkür edirəm. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hamıya can sağlığı, rifah və firavanlıq arzulayıram" - deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
© Sputnik / Murad Orujov
#SəxavətliNovruz xeyriyyə aksiyası

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu yenidən #SəxavətliNovruz xeyriyyə aksiyasına dəstək verdikləri üçün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şəxsən Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbova, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Katib Əsədova, həmçinin Qocalar evinin bütün əməkdaşlarına təşəkkür edir.

#SəxavətliNovruz xeyriyyə aksiyasında iştirak edən insanlar müxtəlifdir. Amma onları başqalarına kömək etmək və dünyanı daha yaxşı bir yerə çevirmək istəyi birləşdirir.

Sputnik Azərbaycan-ın aksiya ilə bağlı çağırışına cavab veriblər: Synergy Partnership PR agentliyi, Səbinə Pərvizi, Dinarə İslamova və Rüfət Abbasov, Qalina Rəcəbova və Rəna Əlixanova; Təranə Əsgərova, Svetlana Həsənova, Vaqif Abbasov və Rəşad Hacıbalayev; Tatyana Maxatdis və Saşa Astrov; Elnarə Məmmədova və Tofiq Məmmədov, Lyudmila N., Vüqar Mehdiyev, Ülviyyə İsmayılova, Nərmin Cəfərli.

Благотворительная акция #ЩедрыйНовруз (#SəxavətliNovruz) для Дома престарелых
© Sputnik / Murad Orujov
#SəxavətliNovruz xeyriyyə aksiyası

Sputnik Azərbaycan 2015-ci ilin mayından etibarən ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı, aparıcı milli KİV-lər arasında TOP-5-liyə daxildir*.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Özündə 32 dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirən Sputnik xəbər lenti dünyanın 130 şəhərində və internetdə rus, ingilis və fransız dillərində yayımlanır. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, çin və fars dillərində məlumat yayır.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 64,2 milyondan çox ziyarətçidən ibarətdir. Sputnik-in sosial şəbəkələrdəki hesablarının təqibçilərinin sayı 17 milyona çatır.

Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.

Sputnik "Rossiya seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

*LiveInternet-in 1 mart 2019-ci ilə olan məlumatına görə

Əsas mövzular