SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin "Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır" sözlərinə cavab verib.
BAKI, 11 sentyabr - Sputnik. ABŞ-n Ermənistandakı səfiri Linn Treysi erməni əsirlər mövzusuna toxunaraq, Amerika tərəfinin insan haqlarına riayət etmək üçün səy göstərməyə hazır olduğunu bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, səfir Yerevanda jurnalistlərə deyib ki, "Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır".
Səfir onu da bəyan edib ki, ABŞ məsələni həll etməyin yeganə yolu olduğuna əmin olaraq tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir.
Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib.
"Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Bu məsələ hələ də həll olunmayacaq" - səfir deyib.
Danışıqlar üçün ilkin şərtlərin mövcudluğu ilə bağlı sualı cavablandıran səfir "bu haqda danışa bilməyəcəyini" ifadə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı səfirinin bu fikirlərinə münasibət bildirib.
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz", - XİN mətbuat katibi Leyla Abdullayeva deyib.
XİN rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:
"Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir".
Xəbər lenti
0