Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Siyasi və maliyyə köləliyi: Avropa İttifaqı ilə assosiasiya Ukraynaya nə verdi

© AFP 2024 / SERGEI SUPINSKYЛюди с флагами ЕС в центре Киева, фото из архива
Люди с флагами ЕС в центре Киева, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Ukraynalıların elə bir nəsli yetişib ki, onlar Rusiyanı qardaş dövlət hesab etmirlər, bu fikirdədirlər ki, ruslarla ukraynalılar müxtəlif dəyərləri olan tamamilə fərqli millətlərdir və hazırda Ukraynanın yaşadığı bütün problemlərə ruslar rəvac verib.
BAKI, 23 avqust — Sputnik. Ukrayna avqustun 24-də müstəqilliyinin 30-cü ildönümünü qeyd edəcək – 1991-ci ilin həmin günü ölkə Müstəqillik Bəyannaməsini imzalayıb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin öz məqaləsində (http://kremlin.ru/events/president/news/66181) yazırdı ki, Ukraynanın müstəqilliyi xalqı birləşdirmək məqsədi daşımırdı. Bu elitanın "balaca göldə böyük balıq" olmaq üçün Rusiyadan qopma cəhdi idi. Bu məqsədlə "Ukrayna – Rusiya deyil" adlı süni konsepsiya da ortaya atılmışdı.
Hər şeydə Rusiya ilə qarşıdurmaya gedən Kiyevin Qərbin əlində necə marionetkaya çevrildiyi və Avropa İttifaqı ilə assosiasiyanın Ukraynaya nə qazandırdığı barədə Sputnik-in materialında.
Kiyevin Aİ tərəfə dreyfi
Petro Poroşenkonun rəhbərliyi dövründə Ali Radanın qərarı ilə Ukrayna Konstitusiyasına bu ölkənin "Avropa və Avroatlantik kursunu" - yəni ölkənin Aİ və NATO -ya üzvlüyünü möhkəmləndirən müddəalar daxil edildi. Əgər 2013 -cü ilə qədər Ukrayna hələ də müstəqillik görüntüsünü qoruyub saxlayırdısa, "Avromaydan"dan sonra Ukrayna dövlətinin marionetka xarakteri tamamilə ortaya çıxdı.
"Maydan" ərəfəsində Ukraynanın bir sıra problemləri var idi, Viktor Yanukoviç iki güc mərkəzi arasında qalmışdı və bu mübarizədə qalib gələcəyini düşünürdü. Bunu İnteqrasiya Perspektivlərinin Öyrənilməsi Mərkəzinin direktoru Sergey Rekeda deyir.
"Yanukoviç Brüssellə aktiv dialoq aparırdı. Və Brüssel həmin vaxt cəlbetmə taktikasını həyata keçirirdi ki, daha sonra bunu Belarusla bağlı reallaşdırmağa başladı. Cəlbetmə taktikası – rejimin dəyişməsi yolu ilə deyil, mövcud rejimi Aİ-yə tabe etmək yolu ilə Ukrayna üzərində nəzarəti əla almaq mənasına gəlirdi", – deyə Sputnikin həmsöhbəti bildirir.
Bu taktika Brüsselin Kiyevdən islahatlarla bağlı tələblərini əks etdirən "Füle siyasahısı" məsələsində özünü aydın şəkildə büruzə verdi. Nəticədə islahatlar yerinə yetirilmədi, assosiasiya barədə razılıq isə əldə olunmadı.
"Brüssel Kiyevə etiraz etmədi. Razılaşmaya imza atmaq Brüssel üçün Kiyevin Aİ-yə tərəf tədricən dreyfi mənasına gəlirdi. Əslində, Yanukoviç də hər hansı bir islahat keçirməkdə maraqlı deyildi", - deyə Rekeda izah edir.
Bununla belə, Yanukoviç Rusiyadan maliyyə yardımı almağa razılıq verəndən sonra cəlbetmə taktikası cəld rejim dəyişikliyi taktikasına çevrildi. Qərbin güc mərkəzinə sadiq siyasətçilər dərhal hakimiyyətə gətirildi.
"Maydandan sonra bu siyasi qüvvələr hakimiyyətə gətirildilər və 2014 -cü ildən başlayaraq, sonrakı illərdə tədricən, addım-addım Kiyevin nəzarət olunan statusunu təmin etdilər", – deyə Rekeda vurğulayır.
Almaniya, Fransa və Polşanın 2014-cü ilin fevral ayında müxalifətlə danışıqlarına "vasitəçilik" etmələri; Baydenin Poroşenkoya komanda verdiyi "Derkaçın səs yazıları", xarici ekspertlərin hakimlərin təyin edilməsində həlledici səsə sahib olmasını nəzərdə tutan məhkəmə islahatları bunun bariz nümunəsi oldu.
Böyük manipulyasiya
Ukraynalıların səbirsizliklə gözlədikləri Avropa İttifaqı ilə Ukrayna arşında Assosiasiya haqqında Razılaşma yalnız 2017-ci ildə, "ləyaqət uğrunda inqilab"ın başlanmasından demək olar ki, dörd il sonra qüvvəyə mindi.
Rekeda qeyd edir ki, Assosiasiya haqqında Razılaşma siyasi məqsədlərlə imzalanmışdı və iqtisadi effektə məlik deyildi. Məsələn, Kiyevin Aİ -nin geridə qalmış Şərq ölkələri üçün yaradılmış Avropa bərabərləşdirmə fondlarına çıxışı yox idi.
Bununla yanaşı, Ukraynanın Avropa İttifaqı ölkələri ilə azad iqtisadi ticarət zonasına çıxışı da ciddi kvotalarla məhdudlaşdırılmışdı və ukraynalı istehsalçılar Aİ ölkələrinə gömrük rüsumu olmadan yalnız müəyyən miqdarda mal tədarük edə bilərdilər.
Assosiasiyanın özündə ehtiva etdiyi daha bir vacib məqam vizasız rejimlə bağlı idi.
"Vizasız rejim çox böyük manipulyasiya idi, çünki ukraynalılara Aİ ölkələrində işləmək icazəsi vermirdi, yalnız turistik xarakter daşıyırdı. Halbuki 2013-cü ildə ukraynalıların, nəhayət ki, Avropa İttifaqı ölkələrinə sərbəst şəkildə gedib-gələ, işləyə biləcəklərindən, nəticədə həyat şəraitlərinin yüksələcəyindən çox dəm vururdular", – deyə Rekeda qeyd edir.
Ukraynalıların əldə etdikləri tək şey – Avropa İttifaqı ölkələrinə turist kimi sərbəst gedə bilmələri və sonra Avropada qeyri-leqal şəkildə işləmələri oldu.
"Bu assosiasiyanın Ukraynaya verdiyi tək şey heç bir faktiki əməllə dəstəklənməyən Avropa İttifaqına yaxınlaşma ilə bağlı sırf psixoloji hüquq idi", – deyə Rekeda vurğulayır.
Dönüşü olmayan nöqtə
Aİ ilə assosiasiya Ukraynaya siyasi və maliyyə köləliyindən başqa heç nə vermədi. Bununla belə, Rusiya ilə iqtisadi əlaqələrini qoparmağa can atan Ukrayna özünü tamamilə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə yardımından asılı vəziyyətə saldı.
Bu ilin avqust ayının əvvəlində Zelenskinin ofisi bəyan etdi ki, 2020-ci ilin iyun ayında təsdiqlənmiş "Stand by" proqramı çərçivəsində BVF bu ölkəyə "əvəzi ödənilmədən və əlavə şərtlər olmadan növbəti 2,7 milyard dollarlıq tranş göndərməyə hazırdır.
Ancaq həmin maliyyə vəsAiti BVF-nin bütün ölkələrə pandemiya sonrası inkişaf üçün göstərdiyi yardımın bir hissəsidir və Ukraynaya xüsusi münasibətdən irəli gəlmir. Bununla yanaşı, birinci tranşın razılaşdırıldığı 10 iyun 2020-ci il tarixində Kiyev Aİ və BVF-nin tələbi ilə artıq bəzi tapşırıqları yerinə yetirdi: kənd təsərrüfatı təyinatlı torpaqların satışı ilə bağlı qanun qəbul etdi; Ukrayna Milli Bankı üzərində nəzarəti de-fakto BVF-yə verdi və hətta onu Ukraynanın hüquq sahəsindən qismən uzaqlaşdırdı, ölkədən maliyyə vəsaitinin çıxarılması yolundakı maneələri aradan qaldıraraq beynəlxalq maliyyə sövdəgərlərinin və transmilli şirkətlərin maraqlarına uyğun olaraq vergi sahəsində ciddi yumşalmalara getdi.
"RF ilə Qərbin münasibətləri indiki vəziyyətdə qalarsa və ya deqradasiyaya uğrayarsa, Ukraynada heç bir müsbət dəyişiklik baş verməyəcək. İqtisadiyyat bundan sonra da tənəzzülə uğrayacaq, əhalinin yaşayış səviyyəsinin dəstəklənməsi aşağı olacaq, varlılarla kasıblar arasında təbəqələşmə güclənəcək", - deyə Rekeda proqnoz verir.
"Ukrayna RF ilə Qərb arasındakı münasibətlərin mütləq proyeksiyasıdır. Hazırkı beynəlxalq vəziyyətdə Kiyevlə Moskvanın münasibətlərinin bərpası mümkün deyil", – deyə ekspert vurğulayır. Onun sözlərinə görə, Ukrayna böhranı Rusiya Federasiyası ilə Qərb arasında onsuz da pisləşən münasibətlərin nəticəsi idi.
Sputnikin həmsöhbəti bildirdi ki, əgər hətta Qərb öz problemlərinin kəskinləşməsi ucbatından Ukraynanı fəal şəkildə dəstəkləməkdən imtina etsə belə, Kiyev tezliklə Rusiya ilə münasibətlərin vacibliyini anlaya bilməyəcək.
"Ukrayna dönüşü olmayan nöqtəni adlayıb. Təxminən on ildir ki, rusofob duyğuların sistematik şəkildə inkişaf etdirilməsi səbəbindən avtomatik olaraq özünü Rusiyaya tərəf yönəldə bilməyəcək. Ukraynalıların elə bir nəsli yetişib ki, onlar Rusiyanı qardaş dövlət hesab etmirlər, bu fikirdədirlər ki, ruslarla ukraynalılar müxtəlif dəyərləri olan tamamilə fərqli millətlərdir və hazırda Ukraynanın yaşadığı bütün problemlərə ruslar rəvac verib", – deyə Rekeda fikirlərini yekunlaşdırır.
Həmçinin oxuyun:
Nə üçün hökumət Ukraynada sabitliyə nail ola bilmir
Xəbər lenti
0