SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bakı bəyannaməsi" və İsraillə başlayan yeni dönəm

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avrasiyada yeni işbirliyi çərçivələri formalaşır: Əliyevlə Şəntopun görüşündən detallar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.
Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edilib.
Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.
Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
DTX əməliyyat keçirdi, qazilərdən rüşvət alan vəzifəli şəxslər saxlanıldılar
Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Tarixi "Bakı bəyannaməsi" imzalandı
İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi"ni imzalanıb. Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysəri imzalayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir
İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.
Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.
Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.
Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə…
İyulun 28-i Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.
Putin Təhlükəsizlik Şurası ilə Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Azərbaycan İsraildə ilk rəsmi nümayəndəlik açdı
İyulun 28-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub.
Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və nazirlər Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
"Bu gün tarixi gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulduğundan Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyi açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlara yaradacaqdır. İnanıram ki, bu İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız birlikdə, Azərbaycanda və İsraildə qeyd edəcəyik", - deyə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Həmin gün, həmçinin Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin də açılışı olub.
Parlament sədrlərinin Şuşa səfəri
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.
Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şəntop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.
Paşinyan Azərbaycanla bütün sərhədə Rusiya sərhədçilərini yerləşdirmək istəyir
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkənin Azərbaycanla sərhədi boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrinin yerləşdirilməsini təklif edib. Paşinyanın xahişini yerinə yetirməyə hazır olub-olmamaqla bağlı sualın cavabında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə cavablandırıb: "Yerevanla əlaqələr davam edir, başqa heç nə deyə bilmərəm".
Türkiyədə başlayan dəhşətli yanğınlar
İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib. 
Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Xəbər lenti
0