01:01 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SİYASƏT
Qısa URL
1188 0 0

Hazırkı Ermənistan hökumətində təmsil olunan bir neçə nazir deputat olmamaq qərarına gəliblər.

BAKI, 20 iyul - Sputnik. Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan feysbuk səhifəsində bildirib.

Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.

Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.

Ermənistanda parlament seçkiləri

İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.

Əsas mövzular