BAKI, 20 iyul - Sputnik. İyulun 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər nazirliyinin mətbuat idarəsindən məlumat verilib.
Məlumata görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.