11:23 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1197)
5910

Ermənistan Baş nazirinin müavininin "Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq" bəyanatını Azərbaycan XİN şərh edib.

BAKI, 15 iyul — Sputnik. "Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın "Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq" bəyanatını şərh edərkən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib. 

"Görünür, Avinyan unudub ki, artıq seçki geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir.

Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq", - deyə Leyla Abdullayeva bildirib.

Qondarma "status" məsələsinə istinadlara gəldikdə, XİN rəsmisi bildirib ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib.

"Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib".

Eyni zamanda biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır", - deyə Leyla Abdullayeva bildirib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

 

Eləcə də oxuyun:

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1197)
Teqlər:
Qarabağ, Azərbaycan, Ermənistan, XİN, status, sülh sazişi, Azərbaycan XİN, cavab, əməkdaşlıq, Leyla Abdullayeva

Əsas mövzular