05:53 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
44 0 0

Dini konfessiyaların rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələri ziyarət ediblər, məscidlərdə namaz qılıblar və Cıdır düzünə çıxıblar.

BAKI, 10 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir. Səfər iştirakçıları Cıdır düzündə olublar.

Bundan əvvəl isə Şuşadakı tarixi Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara məscidlə bağlı məlumat verib.

Məscidin erməni işğalı zamanı dağıdıldığı, vandallığa məruz qaldığı bildirilib. Orada ziyarət namazı qılınıb, dualar edilib, Quran oxunub.

Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın “güllələnmiş heykəllər”inə də baxıblar. Aydın Kərimov heykəllərin işğal zamanı məruz qaldığı vandallıq barədə məlumat verib.

  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada
    © Photo : AZƏRTAC
  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada
    © Photo : AZƏRTAC
  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada
    © Photo : AZƏRTAC
  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada
    © Photo : AZƏRTAC
1 / 4
© Photo : AZƏRTAC
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada

O qeyd edib ki, Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti tərəfindən əvvəlki yerinə qaytarılıb.

Xüsusi nümayəndə Şuşa İcra Hakimiyyətinin binası barədə də məlumat verib, bildirib ki, bina Prezident İlham Əliyevin göstərişi ilə yenidən təmir olunacaq, Xüsusi nümayəndəlik və Şuşa Qoruq İdarəsi buraya köçürüləcək.

Dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Saatlı məscidini ziyarət ediblər. Onlar məsciddə ziyarət namazı qılıb, dualar ediblər.

13:48

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edir.

Qeyd edək ki, səfər iki gün davam edəcək. Səfər iştirakçıları Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, məscidlərdə namaz qılacaqlar.

Diplomatların Şuşa səfəri

Qeyd edək ki, iyulun 9-da Azərbaycanda akkreditə olunmuş 100-ə yaxın diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli rayonuna və Şuşa şəhərinə səfəri baş tutub. 

Qonaqlar Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar, daha sonra "Füzuli" yarımstansiyasına baş çəkiblər. 

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşüblər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olublar, məscidlərə baş çəkiblər, ermənilərin törətdikləri vandalizm aktlarının izlərini öz gözləri ilə görüblər, Cıdır düzündə xatirə şəkilləri çəkdiriblər.

Həmçinin oxuyun:

* Diplomatlar Şuşada: Pənahəli xanın sarayı, Mehmandarovların malikanəsi və Qazançı kilsəsi

* Şuşada Amerikada yaşayan azərbaycanlının rəsm sərgisi açıldı

Əsas mövzular