BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidneti İlham Əliyev bu günə qədər Ermənistanın Baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını hansı tində imzaladığını bilmədiyini deyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimindəki çıxışı zamanı danışıb.
O qeyd edib ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunub. Bunu xalqa çatdırandan sonra fikirləşib ki, yəqin bu, onun həyatındakı ən xoşbəxt günlərdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh, inam verdi.
"Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir", - İlham Əliyev deyib.
Dövlət başçısı əlavə edib ki, ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən ən xoşbəxt günlərini yaşadığını hiss edib.
"Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm", - deyə Prezident əlavə edib.
Həmçinin oxuyun: