20:37 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
QARABAĞ
Qısa URL
42

Respublika Günündə Ağdama səfər edən dövlətimizin başçısı orada bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib.

BAKI, 28 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də - Respublika Günündə Ağdama səfər edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasiminə qatılıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkib

Dövlətimizin başçısı həmçinin Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının və Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdamda Sənaye Parkının təməlqoyma mərasimində

Prezident İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimində

İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. O, Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb, görüşdə çıxış edib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Sonra dövlətimizin başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

Azərbaycan lideri Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Ağdamda Qiyaslı məscidində

Prezident İlham Əliyev Ağdamda Şahbulaq qalasına baş çəkib. Ona abidənin yenidənqurma planı təqdim edilib.

Xəbər real vaxt rejimində yenilənir.

Eləcə də oxuyun:

  • Prezident və ailə üzvləri Qəbələdə: Nicdəki Alban kilsəsini də ziyarət ediblər 
  • O əməliyyatdan sonra Ermənistanda hay-küy qalxdı - İlham Əliyev

  • Ərdoğanın səfəri zamanı Şuşada məktəbin təməli qoyulacaq

 

Teqlər:
səfər, Ağdam, Prezident İlham Əliyev

Əsas mövzular