01:43 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
21

Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik.

BAKI, 27 may — Sputnik. Prezident İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

"Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik", - deyə Z.Selçuk qeyd edib.

Əsas mövzular