19:04 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
SİYASƏT
Qısa URL
22

"Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür".

BAKI, 22 may - Sputnik. "Ermənistan XİN-inə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva  Ermənistan XİN-in nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham edən, Azərbaycanın guya ki, beynəlxalq hüququ pozaraq Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlaması ilə bağlı suala cavab verərkən deyib.

"Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür. 

Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.

Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq", - L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

* Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini pozur"

* Paşinyan Azərbaycana görə Təhlükəsizlik Şurasını topladı

* Azərbaycandan qaçan erməni əsgərləri İrandakı hərbi hissədə saxlanılır?

 

Teqlər:
sərhəd, cavab, Azərbaycan XİN

Əsas mövzular