BAKI, 13 may Sputnik. ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays özünün Twitter hesabında yazıb.
We are closely following reports of increased tensions along a non-demarcated portion of the Armenia-Azerbaijan border. We understand communication between the parties is ongoing and urge restraint in de-escalating the situation peacefully.
— Ned Price (@StateDeptSpox) May 13, 2021
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, - Prays qeyd edib.
Qeyd edək ki, bu gün məsələ ilə bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıblar.
Azərbaycan XİN isə situasiya ilə bağlı açıqlama yayaraq Ermənistan tərəfini panika yaratmamağa, reallığa alışmağa dəvət edib.
Eləcə də oxuyun:
* Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"
* Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı zənglər: ATƏT də narahatdır
* Qaragöldə nə baş verir? Ermənistan mətbuatı ultimatumdan dəm vurur