BAKI, 11 may — Sputnik. "Faşizmin qəhrəmanlaşdırılması heç bir şəkildə qəbul edilə bilməz. Ermənistanın BMT müvafiq qətnaməsinə qoşulmasına baxmayaraq, bu ölkədə faşist Qaregin Njde qəhrəmanlaşdırılır, ona heykəl qoyulur, küçələr və məktəblər onun adını daşıyır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etmir. Ermənistanda beynəlxalq terrorçular qəhrəmanlaşdırılır, onlardan biri Monte Melkonyandır".
Ceyhun Bayramov xatırladıb ki, bu ilin fevral aynda Ermənistanda Holokost abidəsi təhqir olunub, bundan əlavə, Mahatma Qandinin abidəsinə qarşı da vandalizm aktı törədilib.Qandinin heykəli yandırılıb. Bunlar erməni cəmiyyətində bu problemlərin nə qədər dərin olduğunun göstəricisidir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində harada baş verməsindən asılı olmayaraq nasizmin qəhrəmanlaşdırılmasını pislədiklərini bəyan edib.