23:03 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
SİYASƏT
Qısa URL
17 0 0

"Azərbaycan ərazisində yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Biz bu vətəndaşların siyasi, iqtisadi hüquqlarının təmin olunması, ölkə həyatına inteqrasiyası üçün əlimizdən gələni etməyə hazırıq" - Azərbaycan XİN başçısı.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may - Sputnik. "Cənubi Qafqaz regionunda sülh üçün unikal şans yaranıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və öz torpaqlarını işğaldan azad etdi. Regionda sülh üçün real şanslar var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan ərazisində yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır.

"Biz bu vətəndaşların siyasi, iqtisadi hüquqlarının təmin olunması, ölkə həyatına inteqrasiyası üçün əlimizdən gələni etməyə hazırıq. Biz hesab edirik ki, beynəlxalq norma və hüquqlara hörmət etməklə Azərbaycan və Ermənistan arasında əlaqələr normallaşa bilər”, - deyə C.Bayramov əlavə edib. 

Əsas mövzular