SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Paşinyanın cavabını şeirlə verdi

© Sputnik / Murad OrujovAzərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
"Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik".

BAKI, 16 aprel - Sputnik. 14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərinə dair şərhində deyilir. 

"N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“Yurdumuzu çeynəyən

Sayğısız hər kim olsa

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda”.

Xəbər lenti
0