11:51 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
951 0 0

ATƏT-in Minsk qrupu vasitəsilə Qarabağda olan sülhməramlıların say və tərkibində dəyişliklərin edilməsi müzakirə obyektinə çevrilə bilər.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. "Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

© Official website of President of Azerbaijan Republic

Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu barədə səsləndirdiyi bu fikirlər həmsədrlərin post-müharibə dövründəki rolu ilə bağlı məsələlərə diqqət çəkir. Qarabağ münaqişəsinin başa çatdığı bir dövrdə ATƏT-in Minsk qrupu post-müharibə dövründə hansı rolu icra edə bilər? Regionda münasibətlərin qaydaya salınmasında həmsədrlər necə töhfə verə bilər?

Sputnik Azərbaycan post müharibə dövründə ATƏT-in Misnk qrupunun rolu barədə politoloq Əhməd Əlili ilə həmsöhbət olub.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən konfransda söylədiyi fikirlər bir çox vacib məqamlara aydınlıq gətirdi: "Düşünürəm ki, konfransda səsləndirilən fikirlərə uzun müddət dünya mediasının manşetlərində rast gələcəyik. Konfransda Dağlıq Qarabağ müharibəsi ilə bağlı informasiya mühitinə təsir edəcək mühim fikirlər səsləndirildi. Xüsusən də ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirilən fikirlər diqqət çəkən idi. Azərbaycan tərəfi ATƏT-in torpaqların qaytarılması və statusun müəyyən edilməsi ilə bağlı funksiyalarını başa çatmış hesab edir. Biz hesab etmirik ki, Minsk qrupu bundan sonra hər hansı bir ərazinin qaytarılması barədə fəaliyyət göstərməlidir. Çünki indiki ərazilər və hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilər müyyən müdddət sonra bizim tam nəzarətimizdə olacaq. Status məsələsi isə artıq uzaq keşmişdə qalan məsələlərdən biridir. Yaxud da Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bildirdiyi kimi etnik konfessional sabitlik əldə edildikdən sonra bu mövzuya qayıtmaq olar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə status məsələsini hər hansı formada nəzərdən keçirilməyəcək".

Politoloq deyib ki, ölkə başçısı çıxışında ATƏT-in Minsk qrupunun həmsədrləri üçün fəaliyyət yeri göstərdi: "Həmsədrlər gələcəkdə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, həmçinin Qarabağın bərpa prosesində iştirakçılıq kimi funksiylarda iştirakçı ola bilərlər. Onlar beynəxalq donorlar konfransının təşkili və yardımların edilməsi kimi funksiyaları fəaliyyət sahəsinə daxil edilə bilərlər. Bununla yanaşı Türkiyə və Rusiya ehtiyac görsələr, ATƏT-in Minsk qrupu vasitəsilə Qarabağda olan sülhməramlıların say və tərkibində dəyişliklərin edilməsi müzakirə obyektinə çevrilə bilər. Amma əlbəttə bütün bunların hamısı Azərbaycanın razılığı ilə olmalıdır. Çünki münaqişə tərəfi kimi Ermənistan tam kənarda qalıb. Bundan sonra bu ölkənin Qarabağ məsələsində 1-ci səviyyəli tərəf kimi iştirakına ehtiyac duyulmur".

Əsas mövzular