18:03 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
109701

"Sizə bir sirr açım. Görün, birinci prezident 2018-ci ilin iyul ayında baş tutan görüşdə mənə nə deyib. Sitat gətirirəm: "Artıq torpaqları verməlisən"

BAKI, 14 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında maraqlı açıqlamalar verib. Növbəti açıqlamasında o bildirib ki, Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı torpaqları geri verməyi təklif edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

"Sizə bir sirr açım. Görün, birinci prezident (Ter-Petrosyan) 2018-ci ilin iyul ayında baş tutan görüşdə mənə nə deyib. Sitat gətirirəm: "Artıq torpaqları verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər bir halda, birinci prezidentin o gün söylədiyi fikir bu çərçivədən kənara çıxmadı, qalan məsələlər isə qiymətləndirmədən asılıdır", – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ter-Petrosyan bir qədər bundan əvvəl dövlətin maraqları naminə Paşinyanın dərhal istefa verməsinin və qanuni toxunulmazlığının ləğv olunmasının vacib olduğunu bildirmişdi. O, hətta Baş nazirin müvəqqəti emiqrasiyası məsələsini də qaldırmışdı. Eks-prezidentin fikrincə, hazırkı Baş nazir dövlətin gücləndirilməsi üçün deyil, nəyin bahasına olursa olsun, öz hakimiyyətini qoruyub saxlamaq naminə çalışır.

Əsas mövzular