04:45 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
31

Su anbarlarından biri azad olundu və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşanların su sahəsində bizimlə əməkdaşlığa ehtiyacı var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan erməniləri öz vətəndaşımız hesab edirik.

"Humanitar yardım, maddi-texniki dəstək baxımından indiyə qədər etdiklərimiz bu niyyətimizi göstərir. Daha artığını deyə bilərəm. Bu gün su məsələləri ilə bağlı bəzi ekspertlər səviyyəsində əlaqələr var. Çünki 30 il ərzində Tərtər çayının suyunun kəsilməsindən əziyyət çəkirdik. Buna səbəb isə separatçılar tərəfindən iki su anbarına nəzarət olunması idi. Su anbalarından biri azad olundu və indi bizim Tərtər çayının suyuna tam çıxışımız var. İndi isə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşanların su sahəsində bizimlə əməkdaşlığa ehtiyacı var. Bu başlayıb. Bu məsələdə də Azərbaycan konstruktiv mövqe sərgiləyir".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək

Əsas mövzular