12:49 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
SİYASƏT
Qısa URL
14 0 0

Ceyhun Bayramovun sözlərinə görə, Slovakiya ilə qarşılıqlı ticarət dövriyyəsi və qarşılıqlı investisiya layihələrinin həcminin artırılması üçün böyük potensial var

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 mart - Sputnik. "Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndiririk".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri İvan Korçok ilə görüşün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov xatırladıb ki, 2019-cu ildə Slovakiya Respublikasının Azərbaycanda səfirliyi təsis edilib: "Bu, ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca önəmli addımdır. Siyasi və iqtisadi məsələlər üzrə əlaqələndirmə qrupunun yaradılması planlaşdırılır".

Nazir vurğulayıb ki, hazırda Azərbaycanda 11 Slovakiya kapitallı şirkət fəaliyyət göstərir: "Qarşılıqlı ticarət dövriyyəsi və qarşılıqlı investisiya layihələrinin həcminin artırılması üçün böyük potensial var".

Nazir vurğulayıb ki, Azərbaycan və Slovakiya iqtisadiyyat, mədəniyyət, turizm sahəsində əməkdaşlıq edirlər.

Teqlər:
Ceyhun Bayramov, siyasət, iqtisadiyyat, Slovakiya, Azərbaycan

Əsas mövzular