SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Nensi Pelosi və Minsk Qrupunun həmsədrləri ilə görüşüb

© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib.

BAKI, 24 oktyabr - Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqlarından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacibliyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğuran digər məqamlar ətrafında fikir mübadiləsi aparılıb.

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

Xəbər lenti
0