04:58 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (625)
47 0 0

"Azərbaycan xalqının səbir kasası dolub. Bu gün Azərbaycan xalqı tarixi torpaqlarını işğaldan azad etmək üçün fəal mübarizə aparır", – Türkiyə Prezidenti deyib.

BAKI, 14 oktyabr — Sputnik. Türkiyə Azərbaycana əlindən gələn köməyi etməyə hazır olduğunu gizlətmir, amma nə üçün ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin Ermənistana dəstək verməsi barədə heç kəs soruşmur? Yerevan Rusiya və Fransadan silah alır, amma nədənsə bu mövzunu heç kim müzakirə etmir.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri yenə də Ermənistan-Azərbaycan münaqişəsinin həllini uzatmağa çalışırlar.

"Uğursuz danışıqlar 30 ildir davam edir. Azərbaycan xalqının səbir kasası dolub. Bu gün Azərbaycan xalqı tarixi torpaqlarını işğaldan azad etmək üçün fəal mübarizə aparır. 30 il ərzində Azərbaycan torpaqlarında qanunsuzluğa göz yumanlardan ədalət gözləmək mənasızdır", – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə erməni xalqına qarşı deyil. "Bu gün Türkiyədə 100 minə qədər Ermənistan vətəndaşı var", – Türkiyə lideri qeyd edib.

Türkiyə dövlət başçısı mötədil Suriya müxalifətinin döyüşçülərinin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı iddiaları təkzib edib.

"Ankaranın belə planları yoxdur və olmayıb. Biz qardaş Azərbaycana əlimizdən gələn köməyi etməyə hazırıq. Suriyalı döyüşçülərə gəlincə, onların öz torpaqlarında işi çoxdur", – Ərdoğan bildirib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (625)

Əlaqədar

Prezident İlham Əliyev: "Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq
Hikmət Hacıyev Ərdoğanın sözçüsü ilə danışdı
Ərdoğan və Trampın rəsmi nümayəndələri: Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır
İlham Əliyev: "Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan"
Prezident İlham Əliyev CNN-ə: "Atəşi başlayan ilk olaraq dayanmalıdır"
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, ATӘT-in Minsk Qrupu, Azərbaycan, Türkiyə, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular