QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır

© AFP 2024 / ADEM ALTANПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan xalqının səbir kasası dolub. Bu gün Azərbaycan xalqı tarixi torpaqlarını işğaldan azad etmək üçün fəal mübarizə aparır", – Türkiyə Prezidenti deyib.

BAKI, 14 oktyabr — Sputnik. Türkiyə Azərbaycana əlindən gələn köməyi etməyə hazır olduğunu gizlətmir, amma nə üçün ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin Ermənistana dəstək verməsi barədə heç kəs soruşmur? Yerevan Rusiya və Fransadan silah alır, amma nədənsə bu mövzunu heç kim müzakirə etmir.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri yenə də Ermənistan-Azərbaycan münaqişəsinin həllini uzatmağa çalışırlar.

"Uğursuz danışıqlar 30 ildir davam edir. Azərbaycan xalqının səbir kasası dolub. Bu gün Azərbaycan xalqı tarixi torpaqlarını işğaldan azad etmək üçün fəal mübarizə aparır. 30 il ərzində Azərbaycan torpaqlarında qanunsuzluğa göz yumanlardan ədalət gözləmək mənasızdır", – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə erməni xalqına qarşı deyil. "Bu gün Türkiyədə 100 minə qədər Ermənistan vətəndaşı var", – Türkiyə lideri qeyd edib.

Türkiyə dövlət başçısı mötədil Suriya müxalifətinin döyüşçülərinin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı iddiaları təkzib edib.

"Ankaranın belə planları yoxdur və olmayıb. Biz qardaş Azərbaycana əlimizdən gələn köməyi etməyə hazırıq. Suriyalı döyüşçülərə gəlincə, onların öz torpaqlarında işi çoxdur", – Ərdoğan bildirib.

Xəbər lenti
0