16:09 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
SİYASƏT
Qısa URL
76 0 0

Prezident İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş

Qeyd edək ki, bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

Onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

Çavuşoğlu Bakıya gəlişini "Twitter" hesabında belə şərh edib: "Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq".

Əlaqədar

Mövlud Çavuşoğlu artıq Bakıdadır: Qarabağın taleyi müzakirə ediləcək

Əsas mövzular