07:57 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
59640

Prezidentin köməkçisi: Bu, vətən müharibəsidir. Vətən müharibəsində də Azərbaycan xalqı bu məqamlarda onun yanında hansı dövlətlərin olduğunu, hansı dəstəyin göstərildiyini həmişə öz hafizəsində xatırlayacaq və bunu heç vaxt unutmayacaq.

BAKI, 2 oktyabr — Sputnik. Beynəlxalq ictimaiyyət, Azərbaycana dost-qardaşlar tərəfindən verilən dəstəyi çox yüksək qiymətləndiririk. Bir daha qeyd etmək istəyirəm ki, bu, vətən müharibəsidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bir daha qeyd etmək istəyirəm ki, bu, vətən müharibəsidir. Vətən müharibəsində də Azərbaycan xalqı bu məqamlarda onun yanında hansı dövlətlərin olduğunu, hansı dəstəyin göstərildiyini həmişə öz hafizəsində xatırlayacaq və bunu heç vaxt unutmayacaq. Azərbaycan xalqı kimlərinsə riyakar siyasətini də heç vaxt unutmayacaq. Ona görə də birtərəfli qaydada çıxış edən siyasətçilər də bunu başa düşməlidirlər. Azərbaycan xalqı bu məqamları heç vaxt yadından çıxarmayacaq. Azərbaycan Respublikasının işi haqq işidir".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib".

Hikmət Hacıyev eyni zamanda Pakistan, Macarıstan, Türk Şurası, İƏT-in ölkəmizə verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Əsas mövzular