21:50 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
6610

Deputat Fazil Mustafa: Fransa özünə dəxli olmayan, özündən uzaq regionda Ermənistan təəssübkeşliyini davam etdirir. Onun Minsk qrupundan uzaqlaşdırılmasını tələb etməliyik.

BAKI, 2 oktyabr — Sputnik. "Azərbaycan təkidlə tərəfli mövqe tutan Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb etməlidir. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələni qaldırır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, Fransa özünə dəxli olmayan, özündən uzaq regionda Ermənistan təəssübkeşliyini davam etdirir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Fransa vasitəçilik missiyasının prinsiplərini pozaraq, davamlı olaraq Ermənistana dəstəyini ifadə edir və tərəfkeşlik etməkdən çəkinmir.

Əsas mövzular