00:42 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
36 0 0

Xarici İşlər naziri bildirib ki, Azərbaycanın Rusiya ilə dostluq münasibəti var: "Bu, strateji tərəfdaşlıq münasibətləridir"

BAKI, 25 avqust – Sputnik. “Rusiyadan Ermənistana hərbi yüklərin çatdırılması barədə məlumatlar, xüsusilə Azərbaycanla dövlət sərhədində Tovuz istiqamətində erməni təcavüzünün aktivləşməsi fonunda Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratdı”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

Nazir bildirib ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə baş tutan telefon söhbətində iki prezident arasında mövcud olan strateji tərəfdaşlıq, etmadlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb.

“Ermənistan rəhbərliyinin aqressiv ritorikası fonunda və hərbi provokasiyalarının intensivliyinin artdığı bir vaxtda erməni tərəfinə silah çatdırılması gərginliyin eskalasiyası riski yaradır, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbə vurur və bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdid törədir”, - deyə C. Bayramov vurğulayıb. 

Nazir Rusiya Federasiyası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində vacib yer tutduğunu da bildirib.

"Bizim Rusiya ilə dostluq münasibətlərimiz var. Bu, strateji tərəfdaşlıq münasibətləridir. Bu tərəfdaşlıq çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənir. Tərəfdaşlığın inkişafında dövlət başçıları arasındakı müntəzəm təmaslar müəyyənedici rol oynayır.”, - deyə nazir əlavə edib.

O bildirib ki, bu səbəbdən həmkarı Sergey Lavrovun Rusiyaya rəsmi səfərlə bağlı dəvətini məmnuniyyətlə qəbul edib: “İlk görüşümüzün gündəliyində ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlərə dair bir sıra məsələlər yer alır. Bunlar siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair məsələlərdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz hissəsində Ermənistanın təşkil etdiyi son hərbi təxribat kontekstində müzakirələrin aparılması mühüm yer tutur. Bu təxribatı Ermənistan tərəfinin regionda yeni bir gərginlik ocağı yaratmaq cəhdi kimi qiymətləndiririk. ATƏT-in Minsk Qrupu həmsədrlərindən, o cümlədən Rusiyadan da sülh prosesinin konstruktiv və substantiv danışıqlar yolu ilə irəliləməsi üçün ardıcıl addımlar gözləyirik".

Əsas mövzular