13:25 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
1801

"Ermənistan islam dünyasına aid dövlətin ərazisini işğal edib və onun islam irsini dağıdır. Müsəlman ölkələrinin belə bir dövlətlə hansı əməkdaşlığından söhbət gedə bilər?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında ermənilərin 20-ci əsrin ilk "soyqırımı"nın qurbanları olmasına və Ermənistanın beynəlxalq səviyyədə soyqırımının qarşısının alınması mövzusuna xüsusi diqqət ayrılır. Bu da növbəti bir yalandır. Ermənistan özü 20-ci əsrin sonunda Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən bildirib.

O qeyd edib ki, strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir:

"Bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil. Sənəddə qeyd olunur ki, regionda demokratiya və insan haqları sahəsindəki geriləmə Ermənistanı narahat edir. Əlavə olunur ki, Azərbaycan və Türkiyədə demokratiya və insan haqları sahəsində geriləmə var və bu da bu ölkələrin beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərir. Bu bir daha irqçilik və şovinizmin göstəricisidir. Hesab edirəm ki, başqa dövlətin ərazisini işğal etmiş, etnik təmizləmə həyata keçirmiş Ermənistan insan hüquqları barədə danışmaq haqqı olan ən axırıncı ölkədir. Yalandan və utanmadan özünü demokratiya carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən Ermənistan bizə görə narahat olmasın, diqqətini özündə geniş yayılmış insan haqları problemlərinin həllinə yönəltsin".

Prezidentin köməkçisi vurğulayıb ki, ümumiyyətlə, Ermənistanın demokratiya və insan haqlarından danışmasının özü gülüncdür. Bu ölkədə 20 ilə yaxın hərbi xunta hakimiyyətdə olub, Parlamentdə yüksək vəzifəli dövlət rəsmiləri güllələniblər, indiki baş nazir isə siyasi rəqiblərini "asfalta uzatmaq"la hədələyir və asfalta uzadır. Ermənistanda siyasətçilər, jurnalistlər siyasi baxışlarına görə təqib olunurlar. Jurnalist Mger Yegizaryan türmədə aclıq aksiyasından sonra vəfat etmişdir. Sənəddə regiondakı təhdidlərə istinad edilir. Vurğulamaq istərdim ki, regionda ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətidir. Ermənistan milli təhlükəsizliyinə ən böyük təhlükə də məhz elə Ermənistan və N.Paşinyan hakimiyyətinin siyasətidir. Sənəddə qeyd edilir ki, Azərbaycan və Türkiyə Ermənistanı iqtisadi blokadada saxlayır və onu regional layihələrdən kənarda qoyurlar. Bu, açıq həyasızlıqdır. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlaması şəraitində belə ittihamlarla çıxış etməsi heç bir əndazəyə sığmır.

Sənəddə qeyd olunur ki, Ermənistanın xarici siyasət baxışı beynəlxalq, millətlərarası və sivilizasiyalararası dialoqa əsaslanır. Ermənistanın belə tezislə çıxış etməsi çox gülüncdür. Bu, reallığı əks etdirmir. Yuxarıda qeyd etdiyim kimi, Ermənistan öz ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında etnik təmizləmə aparmış, Azərbaycan xalqının mədəni və tarixi abidələrini dağıtmış, mənimsəmiş bir dövlətdir. Belə dövlətin xarici siyasəti millətlərarası və sivilizasiyalararası dialoq üzərində qurula bilməz. 2016-cı ildə Ermənistan Azərbaycanda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu boykot etmiş yeganə ölkə olmuşdur. Bu bir daha Ermənistanın təşviq etdiyi dəyərlərlə BMT-nin Sivilizasiyalar Alyansının təbliğ etdiyi dəyərlərin tamamilə bir-birinə zidd olmasını göstərir".

Himət Hacıyev qeyd edib ki, strategiyada Ermənistanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin inkişafından bəhs edilir: "Ermənistan islam dünyasına aid dövlətin ərazisini işğal edib və onun islam irsini dağıdır. Müsəlman ölkələrinin belə bir dövlətlə hansı əməkdaşlığından söhbət gedə bilər? Hesab edirəm ki, Yaxın Şərq ölkələri bu məqamı nəzərə almalıdır. Sənəddə qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılması istiqamətində iş aparacaq. Sanki Ermənistan bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək. Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs etdi, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə dərs keçmək fikrindədir. Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sorosin tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməzlər".

Əlaqədar

Türk ekspert Azərbaycan-Türkiyə təlimlərinin əsl məqsədini açıqladı
Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir – Zaxarova
Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi
Qondarma rejim ehtiyatda olanları "xidmətə" çağırdı
ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"

Əsas mövzular