00:03 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
17 0 0

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los-Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Əlaqədar

Kaliforniya qubernatoru Los Ancelesdə azərbaycanlılara qarşı vəhşiliyi pisləyib
Təxribat qurbanı olmamaq üçün: Türkiyədəki həmkarlara xəbərdarlıq edildi
Türkiyədə Azərbaycana dəstək aksiyaları davam edir
ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olunub
ABŞ Los-Anceles olayları ilə bağlı bəyanat yaydı - RƏSMİ

Əsas mövzular