10:46 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
3910

Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb

BAKI, 25 may - Sputnik. Ermənistan Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, Nikol Paşinyan bir sıra müsəlman ölkələrinin rəhbərlərinə Ramazan bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qeyd edərək, Ermənistanın yüz minlərlə azərbaycanlı müsəlmana qarşı etnik təmizləmə apardığını, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələri, o cümlədən məscidləri dağıtdığını və talan etdiyini xüsusi vurğulayıb.

Yüz minlərlə müsəlman əhalinin hüquqlarının kobud surətdə pozulması şəraitində Ermənistan hökumətinin islam dininə və onun dəyərlərinə yalançı hörmət izhar etmək cəhdlərini Azərbaycan XİN riyakarlığın və saxtakarlığın ən yüksək həddi adlandırıb.  

Sputnik Azərbaycan diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb.

Məlumdur ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz siyasəti nəticəsində Azərbaycanın mədəni və dini irsinə vurulan zərbə, eləcə də ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə hər il qətnamələr qəbul edir. Bu qətnamələrdə Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzünü dayandırmaq qəti şəkildə tələb edilir.

Əlaqədar

Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Azərbaycan XİN Paşinyanın fikrinə münasibət bildirdi
"Paşinyan islam dininə hörmət etsəydi..."

Əsas mövzular