SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım edib - FOTO

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Мехрибан Алиева дала интервью агентству ТАСС, телеканалу Россия-24, Российской газете
Первый вице-президент Мехрибан Алиева дала интервью агентству ТАСС, телеканалу Россия-24, Российской газете - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır" - deyə paylaşımda deyilir

BAKI, 10 may — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

Xəbər lenti
0