08:59 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Növbədənkənar parlament seçkiləri (99)
13520

Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. Bir neçə seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib

BAKI, 23 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanova, Kamil Müsavi  və digərlərinin müraciətinə baxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. B. Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub. Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb. Qeyd edək ki, bu dairədə lider namizəd Fəzail Ağamalıdır.

Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)

Əlaqədar

Özü ilə müşahidəçilərinin olmadığı məntəqələrdən şikayət verdi
Nəsimi rayonunda dörd məntəqənin nəticələri ləğv edildi
Doğrudan, ölməyibmiş - seçkidən məşhur videoya MSK şərh verdi
Seçki pozuntularına dair araşdırmanı üç istiqamətdə aparırıq – MSK sədri
MSK sədri seçki pozuntularına yol verən komissiya üzvlərini gözləyən cəza barədə

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1328
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1999
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1070