06:49 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
65 0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş nazirini ifşa edib

BAKI, 15 fevral — Sputnik. "Baş nazir Nikol Paşinyan hərbi işğal faktını etiraf edib. Deyib ki, onun öz oğlu erməni silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edir".

Sputnik Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Xatırladaq ki, bu gün Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş olub. Görüşdən sonra Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya keçirilib. Paneldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.

Əsas mövzular