22:59 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
4 0 0

İlham Əliyev və Fatih Birol arasındakı görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib

BAKI, 14 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirib. İcraçı direktor qeyd edib ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulanıb, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Əsas mövzular