SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bir nəfərin namizədliyi ləğv edildi – Qərar

© Sputnik / Murad OrujovМуниципальные выборы в Азербайджане
Муниципальные выборы в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Müzakirələrdən sonra MSK Məzahir Şahvələdovun namizədliyinin qeydə alınmamasına dair qərar qəbul edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) quruma daxil olan şikayətlərə baxıb. Sputnik Azərbaycan xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildrib ki, 86 saylı İsmayıllı dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov MSK-ya şikayət edərək həmin dairə üzrə namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığının olduğunu bildirib.

Aridə Muxtarova vurğulayıb ki,daxil olan şikayətlə bağlı bu məsələ araşdırılıb və Şahvələdovun Rusiya Federasiyası vətəndaşı olduğu məlum olub.

Müzakirələrdən sonra MSK Məzahir Şahvələdovun namizədliyinin qeydə alınmamasına dair qərar qəbul edib.

Xəbər lenti
0