SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Emmanuel Makron İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicFransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev
Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb

BAKI, 30 yanvar — Sputnik. Fransa Respublikasının Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Встреча глав МИД Азербайджана и Армении Эльмара Мамедъярова и Зограба Мнацаканяна - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay görüşəcəklər

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Azərbaycan Prezidentin Mətbuat Xidməti yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0