SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçki bülletenlərinin çapına başlanır

© AP Photo / Emre TazegulSeçki bülletenləri
Seçki bülletenləri - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək

BAKI, 27 yanvar — Sputnik. Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Seçki təşviqatını yalnız bu yerlərdə apara biləcəksiniz - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.

Xəbər lenti
0