21:25 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
20 0 0

Avropanın siyasi institutları Azərbaycanda aparılan islahatları, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini dəstəkləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 dekabr - Sputnik. Brüsselə səfərimizin məqsədi Azərbaycanın dövlət mövqeyini müzakirə etməkdən ibarət idi.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Brüssel səfərinin yekunları ilə bağlı mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bildirib.

O, Brüsseldə bir sıra görüşlər keçirdiyini bildirib.

BMTM sədri səfər zamanı, əsasən Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq müqavilənin müzakirə predmeti olduğunu xatırladıb:

“Biz Avropa İttifaqı ilə tam bərabərhüquqlu əlaqələr qurmaq niyyətindəyik. Biz Avropa İttifaqına üzv olmaq niyyətində deyilik. Avropa İttifaqı bizə dəvət göndərməyib ki, ora üzv olaq”.

O, həmçinin vurğulayıb ki, Avropanın siyasi institutları Azərbaycanda aparılan islahatları, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini dəstəkləyir.

Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev 3-6 dekabr tarixlərində Brüsseldə səfərdə olublar.

Əsas mövzular